Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Günün şəkli: Şəhidləri ziyarət edən qazilər…

Günün şəkli: Şəhidləri ziyarət edən qazilər…

Bu şəkil dünən Bakıda çəkilib. Əslində onu geniş şərh etməyə ehtiyac yoxdur. Bu “danışan şəkillər” kateqoriyasındandır.

Ancaq bu şəkilə bir neçə cümlə həsr etmək vacibdir.

Onlar qazilərdir, şəhidləri ziyarət etməyə gəliblər. 

Üzləri görünmür qazilərin. Burada onlar naməlum əsgərlərdir. Naməlum qəhrəmanlar. 

Dördü də aşağı-yuxarı eyni yaşdadır. Hamısının saçı ağarıb.

Dördü də vətən uğrunda əzasını itirib. Qoltuq ağacına söykəniblər. 

Dördü də şəhidlərin önündə eyni anda baş əyib.

Dördü də eyni cür geyinib – cins şalvar, qara gödəkçə.

Dördü də eyni yollardan, eyni od-alovdan keçib. 

Onlar bu vətənə borclarını öz gənclikləri ilə, qanları ilə, döyüş meydanında itirdikləri əzaları ilə veriblər. Ancaq özlərini hələ də borclu sayır, şəhidləri ziyarətə gəlirlər,özlərini məhz ömrü yarıda qırılmış şəhidlərə borclu sayırlar. 

Cavid Ismayil adlı şəxsin şəkli.

Vətən bu igid, qəhrəman oğulların qədrini bilməlidir. Onlar saf ürəkli vətən oğullarıdır, düşmən çəpərləridir. Bu ölkə məhz bu cür oğulların sayəsində arxalı köpəklərin qarşısında dayana bildi. 

Bu igidlər heç də məğlub əsgərlər deyillər. Onlar söykənib ayaqda durduqları əsa və qoltuq ağaclarını hər an tüfəngə dəyişə bilərlər. Onlar belədirlər. Onlar bu xalqın qənimət oğullarıdır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …