Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Aktual / Girovların ailəsi işgəncə xəbərindən narahatdır – “Qırmızı Xaç” isə aydınlıq gətirmək istəmir

Girovların ailəsi işgəncə xəbərindən narahatdır – “Qırmızı Xaç” isə aydınlıq gətirmək istəmir

Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin rəsmi internet saytında erməni girovluğundakı azərbaycanlılar- Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilditi qeyd olunub. Dilqəm Əsgərovun vəkili Anar Bağırov bu məlumatları təsdiqləyib:
“Onlara daim işgəncələr verilir. Bu yeni hadisə deyil və bizdə məlumatlar var. Bu məsələ ilə bağlı bütün məlumatlar mütəmadi olaraq Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. Bu cür məlumatlar bizə daxil olan kimi məhkəməyə göndəririk ki, işin baxılmasını tezləşdirsinlər”.
Dağlıq Qarabağda saxlanılan azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az-a bu məlumatlardan narahat olduğunu bildirib. Və müvafiq qurumlardan məsələyə diqqət etmələrini istəyib.
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüsyenova Modern.az-a açıqlama verib. İ.Hüseynova Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara sonuncu dəfə fevral ayında başçəkmə olduğunu deyib:
“Həmişəki kimi onların saxlanma şəraiti, onlarla rəftar monitorinq edilib. Başçəkmələr zamanı bizim nümayəndələr gördükləri və monitorinqlərin nəticələrini ictimailəşdirmir. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Monitorinqlərin nəticələri barədə ehtiyac yarandığı təqdirdə əlaqədar təşkilatlarla konfedensial müzakirələr aparılır”.
İ.Hüseynova ailələrə çatdırılan məlumatlarda işgəncə faktının qeyd edilib-edilmədiyini də açıqlamayıb:
“Bu da sırf ailə məlumatları olduğu üçün ictimaiyyətə açıqlanmır”.
BQXK rəsmisinə ailələrin işgəncə barədə məlumatlardan narahatlıqlarını xatırlatdıqda “biz onların açıqlamalarını şərh etmirik”-, deyə bildirib.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, onlarların yanında olan digər soydaşımız Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
VIPedu.BIZ

Həmçinin oxuyun

Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib – FOTOLAR

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib. Azinforum.az …