Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / General Səlim Müslümovun yaxın qohuma yüksək vəzifə və rütbə verdi – Gömrükdə gözlənilməz təyinat

General Səlim Müslümovun yaxın qohuma yüksək vəzifə və rütbə verdi – Gömrükdə gözlənilməz təyinat

Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə yeni rəis təyin edilib.
Azinforum.az unikal.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə Fuad Əlizadə  Maliyyə və Təchizat İdarəsinin rəisivəzifəsinə təyin olunub.
O, eyni zamanda, polkovnik-leytenant rütbəsi alıb.
Xəbəri komitədən təsdiqləyiblər.
Xatırladaq ki, Fuad Əlizadə buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışıb. Bu ilin avqust ayında nazir Sahil Babayevin müvafiq əmri ilə vəzifəsindən azad olunub.
O, həm də keçmiş nazir Səlim Müslümovun dayısının kürəkənidir.
Onu da qeyd edək ki, Səlim Müslümov vaxtı ilə 2000-ci ildən 2002-ci ilin mart ayına qədər, yəni DSMF sədir təyin olunduğu günə qədər DGK-da sədr müavini işləyib.
Image result for fuad-elizade

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …