Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Gəncədəki terror cəmiyyətimizi qorxutmaq üçün törədilib” – Yenilənir

“Gəncədəki terror cəmiyyətimizi qorxutmaq üçün törədilib” – Yenilənir

Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Gəncədə qanlı cinayət törədənləri terrorçu adlandırıb və onların əsas məqsədinin ölkədə sabitliyi pozmaq olduğunu vurğulayıb:

“İyulun 3-ü və 10-u Gəncədə törədilən qanlı cinayətlər dövlətçiliyimizə qarşı yönəlib. Terror aktı nəticəsində 2 polis əməkdaşı həlak olub. Yaralanan vətəndaşlarımız da var. Onların arasında Gəncənin icra başçısı da olub. Allah şəhidlərimizə rəhmət etsin, yaralılara isə şəfa versin. Bu cinayəti törədən terrorçu qruplaşmalar Azərbaycanda sabitliyi pozmaq istəyirlər. Əsas məqsəd budur. Bu qanlı terror aktları cəmiyyətimizi qorxutmaq üçün törədilib.

Terror aktları dini şüarlar adı altında baş verib. Bu, özlüyündə islama qarşı ən böyük cinayətdir. Çünki islam sülh dinidir. Azərbaycan xalqı öz milli, dini maraqlarını hər zaman qoruyur.

Bu cinayətkarlar müsəlman deyillər və cinayətlər cavabsız qalmayacaq. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər.

Azərbaycan dövləti və xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənalı olaraq pislədi və öz nifrətini ifadə etdi. Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Əməliyyat-axtarış işləri davam etdirilir. Cinayətdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar

Müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilib. O cümlədən, silahlı təxribatlar, terror aktları və dövlət çevrilişinə cəhdlər. Onların biri də baş tutmadı. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var. Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Kim ki bizə qarşı çirkin niyyətlərlə hərəkət edir, özü bu niyyətlərin qurbanı olub.

Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Xalqın rahat yaşaması üçün biz əlimizdən gələni edirik. Bizim uğurlarımıza kölgə salmaq istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı çirkin kampaniyalar aparılır. Qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulan bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilən prezident seçkiləri bunu bütün dünyaya əyani şəkildə sübut etdi. Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır. Bunun da heç bir səmərəsi olmayıb. Özünü hüquq-müdafiəçisi adlandıran bir neçə qeyri hökumət təşkilatları Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da heç bir təsiri olmadı. Nə ölkə daxilində, nə də xaricində”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …