Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Aktual / Gəncədə öldürülən polis zabitlərindən biri şəhərin axundu Hacı Tahirin qardaşıdır

Gəncədə öldürülən polis zabitlərindən biri şəhərin axundu Hacı Tahirin qardaşıdır

Gəncədə baş verən qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. 

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Saytımıza məlum olub ki, şəhid polislərdən biri. – Səməd Abbasov Gəncənin axundu, tanınmış din xadimi Hacı Tahir Abbasovun qardaşıdır.

Allah rəhmət etsin.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Bəzi deputatlara xəbərdarlıq edirik, amma nəticəsi olmur” – Oqtay Əsədov

“Buradan hər kəsi yaxşı görürəm. Plenar iclas keçirilən günün birinci yarısında burada olanların 30 faizi …