Çərşənbə axşamı , Noyabr 13 2018
Ana səhifə / Aktual / “Gəncə təxribatlarının arxasında Azərbaycanın düşmənləri dayanır”

“Gəncə təxribatlarının arxasında Azərbaycanın düşmənləri dayanır”

“Gəncədə bir-birinin ardınca törədilən qanlı hadisələrə kəskin şəkildə etirazımı bildirirəm. Bu hadisələri təşkil edənlər və həyata keçirənlər Azərbaycan dövlətinin düşmənləridir”. Bu fikirləri açıqlamasında “XXI Əsrin Qadınları ” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib.

M.Əmirhüseynova bildirib ki, hadisələr təsadüfən baş vermədiyi kimi, onu törədənlərin kimliyi də maraqlıdır: “Azərbaycan sürətlə inkişaf edir, dövlətimizin regionda lider ölkəyə çevrilib, o cümlədən Avrasiya məkanındakı proseslərə təsir etmək imkanlarımızın genişlənməsi ilə düşmənlərimiz daha da fəallaşır. Təəssüf ki, düşmən yenə içimizdəki beşinci kolondan, cahil, savadsız, dini radikalizmə yuvarlanmış manqurtların xidmətindən məharətlə bəhrələnir. Gəncə şəhərində baş verən hadisələr, yüksək rütbəli iki polis zabitinin şəhid olması Azərbaycan dövlətçiliyinə qarşı törədilmiş böyük təxribatdır. Bu hadisələrin günahkarları ən ağır formada cəzalandırılmalıdır”.

QHT rəhbəri qeyd edib ki, Gəncə və gəncəlilər daima Azərbaycan dövlətçiliyinin yanında olub: “Mən inanmıram ki, qətl hadisəsini törədənlərin əsli-kökü gəncəli olsun. Onlar belə xəyanətə yol verməzlər. İcra başçısına qarşı sui-qəsddən sonra bir qrup dini radikal şəxsin şəhərdə vəziyyəti qarışdırmaq, ümumilikdə isə Azərbaycanı xaosa sürükləmək cəhdləri başqa şəxslərin əli ilə törədilmiş olmalıdır. İnanırıq ki, dövlətimizin gücü, gəncəlilərin təxribatlara qarşı ayıq-sayıqlığı, bütövlükdə isə xalqımızın həmrəyliyi ilə Gəncədə hər şey normal axarına düşəcək”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Nəsimi rayonunda Konstitusiya günü qeyd edildi

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Kərimov adına  8 saylı tam orta məktəbdə “12 noyabr …