Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Federasiya tanınmış iş adamını vəzifəsindən uzaqlaşdırdı

Federasiya tanınmış iş adamını vəzifəsindən uzaqlaşdırdı

Bir müddət öncə Azərbaycan Atletika Federasiyasında kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Federasiyada vitse-prezident kimi fəaliyyət göstərən, iş adamı Mehdi Nağıyev vəzifəsindən uzaqlaşdırılıb. O, hazırda qurumun icrariyyə komitəsinin üzvüdür. Məsələ ilə bağlı Azərbaycan Ateltika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə ilə əlaqə saxladıq.

Unikal.org-a danışan qurum rəsmisi M.Nağıyevin federasiyanın İcrariyyə Komitəsinin üzvü olduğunu təsdiqləyib. Qeyd edək ki, Mehdi Nağıyev Türkiyədə fəaliyyət göstərən iş adamıdır.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …