Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Aktual / Fazil Mustafadan Hacı Şahinə sərt sözlər: -“Din əxlaqında da quyunun dibindəyik

Fazil Mustafadan Hacı Şahinə sərt sözlər: -“Din əxlaqında da quyunun dibindəyik

Millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videoya münasibət bildirib.
Moderator.az xəbər verir ki, deputat “Facebook” səhifəsində paylaşdığı videonun Məhərrəmlik ayında çəkildiyi ehtimal edilir. Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli də həmin əzadarlıqda iştirak edir.
Videodan göründüyü kimi Hacı Şahin Həsənli ağlayır. Paylaşmaya şərh verən Fazil Mustafa bu hərəkətlərin İslam dini ilə heç birə əlaqəsinin olmadığını yazıb: 
“Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?”.

 

Həmçinin oxuyun

Etimad Əsədov vəfat etdi

Bu gün səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ …