Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Aktual / Fars-molla rejimi soydaşlarımızın əsəblərini tarıma çəkir… – Azərbaycanlılardan İran rəsmilərinə xəbərdarlıq

Fars-molla rejimi soydaşlarımızın əsəblərini tarıma çəkir… – Azərbaycanlılardan İran rəsmilərinə xəbərdarlıq

Güney azərbaycanlı fəalların tanınmış paniranist Cavad Təbatəbayinin Məşrutiyyətin ildönümü mərasimi ilə bağlı Təbrizə dəvət olunmasına etirazları davam edir.

Axar.az xəbər verir ki, fəallar “Təbriz Məşrutə Evi”nə gedərək, oradan antitürk qüvvələrə irqçi hərəkətlərinin təkrar edilməməsi ilə bağlı xəbərdarlıq ediblər.

Fəallar əllərində “Burası Təbriz, şovinistə yer yoxdur”, “Ölüm olsun faşistə”, “Haray, haray, mən türkəm!” və “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarları yazılmış kağızlar nümayiş etdiriblər.

Qeyd edək ki, avqustun 5-də Təbrizdə keçirilən “Məşrutiyyət Fərmanının ildönümü” mərasiminə antitürk mövqeyi ilə tanınan məşhur paniranist Cavad Təbatəbayi dəvət olunsa da, fəalların kəskin etirazından sonra onun çıxışı ləğv edilib.

Fars-molla rejimi soydaşlarımızın əsəblərini tarıma çəkir...
Fars-molla rejimi soydaşlarımızın əsəblərini tarıma çəkir...
Fars-molla rejimi soydaşlarımızın əsəblərini tarıma çəkir...

VIPedu.BIZ

Həmçinin oxuyun

İlham Əliyevə orden verildi – Fotolar + Yenilənib

Prezident İlham Əliyev dekabrın 19-da Rusiyanın Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq …