Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Aktual / Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır”

Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır”

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Polşanın Varşava şəhərində ATƏT-in İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısında iştirak edir. Toplantında ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Toplantının ikinci günündə ATƏT üzvü olan ölkələrdə söz və media azadlığının vəziyyəti müzakirəyə çıxarılıb.

Toplantıda “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək Azərbaycanda söz və media azadlığı sahəsində görülən işlərdən danışıb. O qeyd edib ki, konfransda Azərbaycana qarşı qərəzli və reallıqdan uzaq fikirlər səsləndirilir: “Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır: Azərbaycanda cəmi bir günə xəbər portalı, müvafiq dövlət qurumuna informasiya xaraktetli bildiriş göndərməklə qəzet və jurnal təsis etmək mümkündür. Hazırda ölkəmizin internet media məkanında yüzlərlə xəbər portalı mövcuddur. Jurnalistlər bütün yüksək vəzifəli rəsmi şəxsləri tənqid etməkdə azaddırlar. Bəzi şəxslər isə öz qanunsuz əməllərini jurnalistika fəaliyyəti ilə pərdələmək istəyirlər. Mənim ölkəmdə heç bir jurnalist yazdığı yazıya görə həbs edilməyib”.

Qeyd edək ki, “İslahatçı Gənclər” İctimai Birliyi nümayəndələrinin Varşava toplantısında iştirakına Gənclər və İdman Nazirliyi dəstək verib.

Həmçinin oxuyun

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir

Sentyabrın 24-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvdövlətlərinin Baş Assambleyasının 58-ci toplantısı özişinə …