Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Erməni məktəblilər Xocavənddəki hərbi vətənvərlik düşərgəsində belə istirahət edirlər- (Fotolar+Video)

Erməni məktəblilər Xocavənddəki hərbi vətənvərlik düşərgəsində belə istirahət edirlər- (Fotolar+Video)

Moderator.az -ın xəbər verdiyi kimi, Livanın  paytaxtı Beyrutdan gələn 4 erməni Azərbaycanın işğal altındakı Xocavənd rayonunun Ballıca kəndində yaradılmış “Aspet” (ermənicə “Cəngavər”) düşərgəsində dincələcək.
Bu gün Rusiya KİV-də dərc olunmuş başqa bir xəbərdə həmin düşərgə haqqında ətraflı məlumat verilir.
Məlumata görə, “Cəngavər” hərbi-vətənpərvərlik düşərgəsi artıq 10 ildir ki, fəaliyyət göstərir. Düşərgə  bu yay 4 axında fəaliyyət göstərir. 1-ci axında Xocavənd rayonu məktəbliləri və Livandan gələn erməni gənclər iştirak edirlər. Hər 8 gündən bir uşaqlar dəyişəcək. İkinci axında Ağdərə,  Kəlbəcərin daxil edildiyi “Şaumyan rayonu”  və “Kaşataq rayon”larından(Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan) olan uşaqlar gələcəklər. Üçüncü axında  “Əsgəran”, “Hadrut” və Şuşa bölgələridir. Dördüncü axına isə Xankəndi və Ermənistan uşaqları qatılacaq.  Düşərgədə toplam 500 şagird  istirahət edəcək. Onlar hamısı 11-ci sinfə keçmiş uşaqlardır. Onlarla 14 zabit məşğul olur.
Düşərgənin məqsədi “Vətənin gələcək müdafiəçiləri”ni ordudakı həyat şərtləri ilə tanış etməkdir. Düşərgə iştirakçılarının gündəlik rejimi ordudakı kimidir. 07.30-da yuxudan oyanma və 22.30-da yatmaq. Uşaqlar cərgə,  taktiki, döyüş, siyasi və atış hazırlığı  keçirlər. Onlar, həmçinin,  “hərbi nizamnamə”ni öyrənirlər. Sonra məktəbliləri hərbi hissələrə aparırlar  ki, əsgərlərin necə xidmət etdiyini real şəkildə görsünlər. Boş vaxtlarında  isə uşaqlar futbol, voleybol, şahmat, stolüstü tennis oynayırlar və s.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …