Ermənilərin qətlə yetirdiyi Zəhra… – Fotolar

Yaşasaydı, bu gün Zəhra Quliyevanın 2 yaşı tamam olacaqdı.

Kult.az xəbər verir ki, 2017-ci ilin 4 iyul tarixində Füzuli rayonu Alxanlı qəsəbəsinin 14 aylıq sakini Zəhra 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva ilə birgə Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanlardan atəşi nəticəsində qətlə yetirilmişdi.

Zəhra qətlə yetirildiyi gün cəmi 14 aylıq idi.

Qeyd edək ki, hadisədən sonra 23 oktyabr 2017-ci il tarixində Milli Məclisin deputatı Aydın Mirzəzadənin tərtibçiliyi ilə hadisə və ona olan reaksiyalar haqqında “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitabı çapdan çıxdı.