Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Elnarə “Lider”dən getdi – Qalmaqallı istefa + Yenilənib

Elnarə “Lider”dən getdi – Qalmaqallı istefa + Yenilənib

Müğənni Elnarə Xəlilova “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılıb. ” Azinforum.az ” ın lent.az-a istinadən məlumatına görə, müğənninin kanaldan ayrılmasına səbəb verilişin rəhbəri ilə yola getməməyi olub.

Bildirilir ki, müğənnidən verilişə dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb edilib. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə kanal rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni “Lider TV”dən ayrılıb.

E.Xəlilovanın prodüseri isə müğənninin kanaldan ayrıldığını təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib: “Bəli, Elnarə xanım “Xeyirli axşamlar” verilişindən gedib. Niyə gedib? Bu barədə açıqlama vermək istəmirik”.

Onu da əlavə edək ki, həftə içi 5 gün yayımlanan  “Xeyirli axşamlar” verilişini bu axşam E.Xəlilovanın əvəzinə müğənni Nazənin aparacaq.

Qeyd edək ki, Elnarə “Lider”dən öncə “Space”də aparıcılıq edirdi.

***

Elnarə Xəlilovanın mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki,  müğənninin kanal rəhbərliyi ilə problemi olmayıb:

“Elnarə xanımla Lider telekanalının rəhbərliyi arasında heç bir xoşagəlməz hal baş verməyib. Elnarənin Lider kanalına, kanalın da Elnarəyə çox böyük hörməti var. Müğənninin verilişdən ayrılmasına səbəb verilişin yaradıcı heyəti ilə mövzuların seçimində fikir ayrılıqları olub. Verilişə gələn qonaqların hamısına eyni cür hörmət və sayğı göstərilir və göstərilməlidir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …