Ana səhifə / Aktual / “Elmar Vəliyevə aqressiya nümayiş etdirən çox az adam var ki, gəncəli olsun”

“Elmar Vəliyevə aqressiya nümayiş etdirən çox az adam var ki, gəncəli olsun”

Xahiş edirəm bir nəfər mənə Elmar Vəliyevin əhali ilə pis davranmasını izah etsin. Necə baş verirdi bu? Çolə çıxıb qabağına keçəni söyürdü, döyürdü? Necə edirdi o bunu? Bu insanin əhali ilə təması harda olurdu ki, onlarla pıs davranaydi? İcıaslar deyirsinizsə, əhali ilə iclas keçirilmir. Geniş tədbirlər deyirsinizsə, indi yəqinki əleyhidarlari çoxdan telefonunun yaddaşına köçürüb ictimailəşdirmişdi belə bir olayı. Mən də eşitmişəm ki müavinlərinə, işçilərinə aşağılayıcı ifadələr işlədirdi. Eşitdiyim doğrudursa belə bu əhaliyə qarşı demək deyil. Kim istəmirdisə ərizəsini yazıb işdən gedə bilərdi. Bir halda ki, kimsə ərizəsini yazıb işdən getməyibsə o zaman ya belə hal olmayıb ya da ki, danlanan, söyülən bunu qazanıb. Biriləri burada Rasim Musayevi yada salır və guya ki, Elmar Vəliyevi vurub qəhrəmanlıq edirbmiş kimi qələmə verir. Olsun. Rasim Musayev haqq dünyasındadır və onun şəxsiyyəi ilə heç bir işim yoxdu. Amma gəlin görək belə bir hal necə baş verə bilər. Demək, bunu hamı yaxşı bilir ki, Rasim Musayev Gəncədə polis rəisi olanda başqa bir insident də çıxarmışdı. Qəsdən Bəylər Eyyubovun Xosrov adlı yaxin qohumunu provakasiyaya çəkərək silahlı insident yaratmışdı ki, hörmətli cənab naziri Ramil Usubov prezidentə məruzə edə bilsin ki, Bəylər Eyyubovun “kriminal” ətrafı dövlət orqanlarını işınə mane olur.  Bu hərəkətinə və Bəylər Eyyubovun qohumunu içəri atdığına görə General rütbəsini də aldı. Daha sonra Elmar Vəliyevlə xoşagəlməz insident baş verdi. O da eynən belə. Yəni Elmar Vəliyev Rasim Musayevin tabeliyində olan Nizami ya Kəpəz rayon polis rəislərindən birini şəhid valideyininə edilən hörmətsizlıyə görə təhqir edir. Vəziyyət cənab nazirə məruzə olunur və bundan sonra Rasim Musayev İçra hakimiyyətinə gedir və deyilənlər baş verir. İçra hakimiyyətindən çıxan Pasim Musayev birbaşa Bakiya gəlir və bir daha geri qayıtmır. Bildirim ki, Elmar Vəliyev də Bəylər Eyyubovla qohumdur. Bu məsələnin Rasim Musayevlə “qəhrəmanlıq” tərəfi. Yeri gəlmişkən bugünlərdə Rasim Musayevin hələ münaqişənin ilk illərində 215 KL-ə müsahibəsi yayilmışdı. Bilmirəm o zaman harda işləyirmiş amma əynində buşlat çiynində avtomat ağ rubaşka və boğazında qalstuk vardı. Döyüşdən çıxan əsgərlər kimi müsahibə verirdi.

Qayıdaq Elmar Musayevin qazandığı mənfi imicə. Məni taniyanlar bilir ki, ən azi ayda bir dəfə Gəncəbasarda oluram. Bütün əqrəba və kənd camaatının böyük qismi Gəncədə yaşayır. Hər birinin xeyri – şəri var. Mütləq ki, hər ay oralara ayağım dəyir. Bilirsiz Elmar Vəliyevə qədər Gəncə hansı vəziyyətə salınmışdı. Təxminən Bakinin Hacıbala Abutalıbova qədərki vəziyyətini gözünüzün qabağına gətirin. Gəncədə vəziyyət ondan iki-üç dəfə pis idi. Onun bir hissəsini, yəni gücünün yetdiyi qədərini Eldar Əzizov düzəltdi. O da özünə bir xeyli “mənfi imic” qazandı. Zarafat deyil, insanlar əvvəlki başçılarin zamaninda hansisa yollarla qanunsuz eyvanlar, ticarət budkaları filanlar düzəltmişdi. Birdən birə hamısı sökülür. Bunu edən adama təbii ki, maraqlar tapdananlar sağol deməyəcək. Elmar Vəliyev isə gələndən sonra Gəncənin görünüşündə kosmetik deyil fundamental dəyişikliklər oldu. Təbii ki, bu dəyişiklik başqa yerlərdə olduğu kimi obyekt sahibləri ilə birlikdə həyata keçirildi. Və sələfi kimi bütün bunlar Elmar Vəliyevə Gəncə kimi şəhərdə “müsbət imic” qazandırmayacaqdı. Və elə də oldu.
Hər dəfə Gəncədə olanda ürəyim açılırdı. Axı mənim tələbəliyim, demək olar gəncliyimin bir hissəsi orda keçıb. Amma nədənsə insanları danışdiranda naraziliq edirdilər. Səbəbi mənə aydin olsa da narazi insanlar bunu heç nəylə əsaslandira bilmirdi. Arqumenləri isə zəif olurdu. Məsələn, bazari yığışdırıb. Özünə bazar tikib və s. kimi absurd fikirlər. Bu Elmar Vəliyevin özünün qazandığı “mənfi imic”. Əslində isə Gəncə şəhəri üçün xidmətıərinə görə gəncəlilər onun adını hörmət və ehtiramla çəkməlidilər və zaman gələcək beıə də olacaq.

Elmar Vəliyevə olan bu qədər aqqresiyanın dıgər qaynağının isə ona birbaşa aidiyyatı olmasa da dolayısı ilə onun da üzvü olduğu hakimiyyətə olan aqressiyadır ki, gəncə olayında özünü büruzə verdi. Bəllidir ki, ölkənin hər yerində abadlıq quruculuq işləri gedir və Gəncədə olduğu kimi hər rayonda, şəhərdə kimlərinsə marağı tapdanir, kimlərinsə obyekti əldən çıxır və s. İllərlə toplanmış bu qədər qəzəb, kin küdurət təbbi ki bir gün hardansa çıxmalı idi, çıxdı da. Neçə gündü izləyirəm, sosial şəbəkələrdə Elmar Vəliyevə aqressiya nümayiş etdirən çox az adam var ki, gəncəli olsun. Əksəriyyəti qeyri bölgəıərdəndir. Yenə də əksəriyyəti heç bircə dəfə də olsun Gəncədə olmayıb. Bunları ayird etmək də müşkül məsələ deyil. Bəziləri Xarici kəşfiyyatın Bakıda fəalıyyət göstərən cəsus şəbəkəsidir. (Yeri gəlmişkən bir məlumat da verim ki, AXC hakimiyyətdən gedəndə Heydər Əliyevin hakimiyyətinin ilk illərində Azərbaycanda İranin 80 min agenti fəaliyyət göstərirdi. Azərbaycan vətəndaşı yox ha, İran vətəndaşından söhbət gedir). Bir qismi bu hakimiyyətə müxalif mövqedə olanlardır. Bir qisim insan var ki, sosial şəbəkələrdə aktivdirlər və küyə gedərək aqressiya nümayiş etdirirlər. Böyük bir qisim və deyərdim ki, əhəmiyyətli bir qismin göstərişi isə hakimiyyətin öz içindən verilir. Yenə də köhnə ədavətlər, köhnə haqq-hesablar. Ancaq unutmayaq, Azərbaycan Suriyaya dönərsə…

Əli Həziquliyev

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …