Cümə , Sentyabr 21 2018
Ana səhifə / Aktual / Elmar Vəliyevlə birlikdə güllələnən mühafizəçinin FOTOSU

Elmar Vəliyevlə birlikdə güllələnən mühafizəçinin FOTOSU

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd zamanı güllələnən mühafizəçi Qasım Aşbazovun fotosu yayılıb.
Azinforum.az  criminal.az-a isitinadən xəbər verir ki, Q.Aşbazov polis əməkdaşı olub.
Ağır güllə yarası alan E.Vəliyev bu vertolyotla Bakıya göndərilib.
Hadisə dünən saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Meydandakı pilləkəndə Yunis Səfərov və hələlik adı məlum olmayan qırmızı köynəkli şəxs icra başçısına hücum edib.
Rusiya vətəndaşı olan Y.Səfərov ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını dəmirlə döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçıb. Həmin vaxtda axtarışa verilib. Bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
Faktla bağlı hüquq-mühafizə orqanları hələlik məlumat yaymayıb.

Həmçinin oxuyun

Etimad İsmayılovun cənazəsi bu axşam Bakıya gətirilir

Ötən gün İstanbulda qətlə yetirilən Etimad İsmayılovun cənazəsi bu gün axşam Bakıya gətiriləcək. Mərhumun cənazəsi …