Elmar Vəliyevə yaxın olan deputat öz həmkarı Fəzail Ağamalını ittiham etdi

“Deputat Fəzail Ağamalı dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə “İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?” deyir’’.

Musavat.com xəbər verir ki, bu sözləri sui-qəsdə mərus qalan icra başçısı Elmar Vəliyevin yaxın adamı, deputat Naqif Həmzəyev özünün facebookdakı səhifəsində yazıb.

Xatırlayırsızsa, bir neçə gün bundan öncə millət vəkili Fəzail Ağamalı musavat.com saytına söyüş söyən məmurlarla bağlı açıqlama vermişdi.

Millət vəkili güllələnən icra başçısı haqda aşağıdakı fikirləri də söyləmişdi“Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resurslarında yayılan videoları izləmək kifayətdir. Əlbəttə ki, bu, Azərbaycan məmuruna yaraşan davranış deyil, hansı ki, sonda bu cür olaylara gətirib çıxarır.  Qubada, İsmayıllıda baş verən hadisələr artıq məmurun güllələnməsinə qədər gəlib çatıb. Səbəb isə məmurun özünü apara bilməməsidir. Bu, əlbəttə ki, ölkə rəhbərinin siyasətinə zidd olan bir vəziyyətdir. Bu cür hadisədən nəticə çıxarılmalıdır və ümidvar olmaq istərdim ki, hadisə tam obyektiv olaraq araşdırılacaq. Əlbəttə ki, cinayətə yol verən şəxs Azərbaycan qanunları əsasında məsuliyyət daşımalı, eyni zamanda icra başçısını hansı səbəbdən güllələyib, bu məsələ tam araşdırılmalıdır”.

Naqif Həmzəyev bu və bundan öncə özündən verdiyimiz sitatdakı fikirlərdən qəzəblənib. O, Facebookda yazır: ‘’Fəzail Ağamalı Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi son 7 ilə nəzər salsa, Gəncənin yeni tarixini vərəqləsə, məmur-vətəndaş münasibətlərinin necə olduğunu aydın görə bilər. Elə də böyük olmayan 7 il ərzində ölkədə ikinci bir şəhər tapılmaz ki, Gəncə kimi inkişaf etsin. Şəhərin elə bir ərazisi yoxdur ki, orada təmir, abadlıq, quruculuq işləri getməsin. Elmar Vəliyev şəhərdə gedən bütün abadlıq-quruculuq işlərinə birbaşa özü nəzarət edib, daim xalqla təmasda olub. İstənilən vaxt şəhər sakinləri İcra başçısına problemləri ilə bağlı müraciət ediblər. “Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim”, deyən Fazail Ağamalıdan xahiş edərdik ki, məmur-vətəndaş münasibətlərinin ən yaxşi nümunəsi olan Gəncə şəhərində mütəmadi keçirilən vətəndaş qəbullarını nəzərdən keçirsin və Gəncədə həyata keçirilən müsbət işlərə kölgə salmasın”.

Zdrave universal kremi zdrave forte