Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Elektrik təsərrüfatının bərpası işləri  4-5 gün davam edə bilər

Elektrik təsərrüfatının bərpası işləri  4-5 gün davam edə bilər

Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) bir blokunun istismarı gün ərzində bərpa oluna bilər.

Ən az zərər görmüş 7-ci blokun yenidən işə salınması üçün hazırlıqlar aparılır.

Əldə olunan məluamat görə, Azərbaycan İstilik Ekektrik Stansiyasının elektrik təsərrüfatında və 6-cı blokunda baş vermiş qəza stansiyanın bütün fəaliyyətini iflic edib. Belə ki, 6-cı blokla yanaşı, digər blokları qidalandıran enerji xətləri sıradan çıxıb və qəzalı vəziyyətə düşüb. Bu səbəbdən də hazırda stansiyanın heç bir enerji bloku işləmir. Hazırda elektrik təsərrüfatının bərpası işləri aparılır. Məlumata əsasən, bütövlükdə proses ən azı 4-5 gün davam edə bilər. Xətlər və sıradan çıxmış qurğular bərpa olunduqca bloklar növbəliklə işə salınacaq. İlk növbədə isə az zərər görmüş 7-ci enerji blokunun işə salınması nəzərdə tutulur. Bunun üçün ciddi hazırlıq işləri aparılır. Günün sonunadək bu blokun işə salınması nəzərdə tutulur.

Hələlik isə enerji istehsalı dayanmış stansiyanın yaratdığı boşluq alternativ enerji qaynaqları hesabına doldurulur.

Ümumən stansiyaya dəymiş ziyanın həcmi hələlik tam bəlli deyil. Müvafiq qurumlar bununla əlaqdar araşdırmalar və təhlillər aparır.

Stansiyada olan hökumət rəsmiləri vəziyyətin ən qısa zamanda bərpa olunması üçün müzakirələr aparıb və konkret tapşırıqlar verib.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …