Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Telefonun yanında yatmaq ziyanlıdır – XƏBƏRDARLIQ

Telefonun yanında yatmaq ziyanlıdır – XƏBƏRDARLIQ

Kaliforniyanın Səhiyyə Departamentinin əməkdaşları xəbərdarlıq ediblər ki, insanlar yuxu zamanı smartfonları özlərindən ən azı bir əl məsafəsində saxlamalıdırlar.
Azinforum.az report-a istinadən bildirir ki, mobil telefonlarda şüalanma dozası, hansını ki, insan yuxu ərzində alır, xərçəng və sonsuzluğun inkişafı riskini əhəmiyyətli dərəcədə artıra bilər.
“Telefonu yanında saxlamaq heç vaxt yaxşı ideya hesab edilmir”, – deyə doktor Devra Devis qeyd edib.
Jurnalistlərin sözlərinə görə, mobil telefonların istehsalçılarının özləri faktiki olaraq bu avadanlığın sağlamlıq üçün təhlükəsini bilirlər. Və təlimatlarda onun haqqında xəbərdarlıq edirlər.
Mütəxəssisləri ən çox narahat edən odur ki, insanlar telefonda zəngli saatı quraşdırırlar və onu özlərinin yanına qoyurlar.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …