Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Düşmənə nifrətimiz hədsiz və hüdud­suzdur” – General-polkovnik

“Düşmənə nifrətimiz hədsiz və hüdud­suzdur” – General-polkovnik

“2019-cu ilin avqust ayında 100-cü ildönümünü böyük təntənə ilə qeyd edəcəyimiz Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti şanlı keç­mişi, rəşadətli bu günü ilə qürurludur və sabahına inamla baxır”

Moderator.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev gənc əsgərlərin andiçmə mərasimində çıxışı zamanı deyib. 
DSX rəisi bildirib ki, dövlət sərhədlərinin etibarlı mühafizəsinin və müdafiəsinin tə­min edilməsi sahəsində əldə olunan bütün uğur və nailiyyətlər, döv­lət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun yara­dıl­ma­sı, sərhədçilər üçün lazımi xidməti və məişət şəraitinin təmin edil­məsi Azər­­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­da­nı İlham Əliyevin ali dəstəyinin, sərhəd təhlü­kəsizliyi məsə­lə­lərinə xüsusi qayğısının nəticəsidir: 
“Hər bir hərbi qulluqçu­muzun hiss etdiyi bu ali münasibət bizim üçün həm böyük şərəf, həm də daha böyük məsuliyyətdir. Qəlbində vətənpərvərlik və Ali Baş Ko­mandana sadiqlik hiss­lərini daima yaşadan Azərbaycan sər­həd­çisi hər zaman Azərbay­can Res­publikasının Prezidenti Silahlı Qüv­­vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi al­tın­da Vətəni Azərbaycana xidməti ilə qürurludur. 
Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş tex­ni­ka­ları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sur­satla təc­hiz olunmuş, istənilən döyüş tap­şı­rıqlarını uğurla yerinə yetir­mə­yə qadir hərbi qurumdur. Qısa müddət ərzin­də Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sa­hil Mü­hafizəsinin, Sərhəd Nəzarətinin forma­laş­dırılması və nü­mu­­nəvi hərbi birləşmə səviy­yə­sinə yüksəl­dil­məsi əldə olunmuş ən ciddi nailiyyətlərdəndir”. 
E. Quliyev qeyd edib ki, 2016-cı ilin aprelində əks-hücum əməliyyatı za­ma­nı düşmənin müdafiə xət­tinin, döyüş mövqelərinin, disloka­si­ya yer­lərinin, ko­man­da-da­yaq mən­­­təqələrinin, qərargahlarının dar­ma­­dağın edil­mə­si zamanı ke­çi­ril­miş uğurlu əməliyyatlar düşməni döyüş əməliyyat­la­rını da­yan­dır­masına məcbur etdi və bu qələbənin əldə olun­masına Azər­baycan sərhədçisi öz ciddi töhfəsini verdi: “Ötən ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin Qa­zax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xət­tində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təh­vil alın­ması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata ke­çi­rilməsi əm­rini almağımız hər birimizə qürur hiss­ləri yaşatmış, Azər­­baycan Res­publikasının Prezi­denti Si­lahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azər­bay­can sərhədçisinə etibar və etimadının növbəti ifadəsi olub. 
Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam müha­fizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviy­yədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olun­muşdur, yaxın müddətdə sərhəd döyüş məntə­qələrində yüksək stan­dartlara cavab verən xidməti və məişət şərai­tinin təmin edilməsi işləri tam yekunlaşdırılacaqdır. 
Bu gün dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzm­karlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyüş ruhu, vətənpərvərliyi, düşmənə isə nifrəti hədsiz və hüdud­suzdur! Əminəm ki, ən yaxın müddətdə Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altın­da işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edi­lə­cəkdir! Əminəm ki, düş­mən üzə­rində son qələbənin əldə olunmasın­da Azərbaycan sər­həd­çisi şərəflə iştirak edəcək, döyüş tapşırıqla­rını uğurla, qalibiyyətlə icra edəcəkdir! 
Əminəm ki, ötən ilin 15 iyununda bu hərbi hissədə başla­maqla çiyinlərimizdə “Zəfərə doğru” daşıdığımız müzəffər bayra­ğımızı Xan­kəndində, Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda, Qubad­lıda, Ağ­damda, Laçında, Kəlbəcərdə dalğalandıracaq, döv­lət sərhədlə­rimizin bütövlüyünü təmin edəcəyik! 
Çünki hədəfimiz dövlət sərhədində dövləti maraqların müda­fiə­sidir! Çünki amalımız – dövlət sərhədlərimizin toxunulmazlığıdır! Çünki Azərbaycan sərhədçisi Böyük Öndər Hey­dər Əli­yev dü­hasına sədaqətin müsəlləh əsgəridir! Əsas məqsədimiz – dövlətçiliyimizin daha güclü, daha qüdrətli ol­masına, döv­lətimizin dünyanın ən təhlükəsiz ölkələrindən olma­sına öz sərhədçi töhfəmizi verməkdir!”. 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …