Bazar ertəsi , Oktyabr 22 2018
Ana səhifə / Aktual / Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında rüşvət “fırtınası”

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında rüşvət “fırtınası”

zərbaycanda korrupsiyada adı ən çox hallanan ali təhsil ocaqlarından biri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Akademiyanın adını internetdə axtarışa verib yazılan məqalələrə baxmaq kifayət edir. Azerinfo.tv bildirir ki,rektor dəyişikliyi də vəziyyəti yaxşılığa doğru dəyişmədi. Əksinə vəziyyət pisləşdi.

Yeyinti

Azərbaycan Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Auditlə əhatə edilən dövrdə akademiyada bəzi hallarda zərurət olmadığı halda eyni funksiyaları yerinə yetirən inzibati vəzifələr üzrə paralel ştatlar, xidmət sahəsi olmayan, eləcə də tədris yükü olmayan və fəaliyyət göstərməyən kafedralar üzrə ştat vahidləri saxlanılıb, bəzi hallarda mühazirə saatları düzgün olmayaraq elmi dərəcəsi olmayan müəllimlər tərəfindən tədris edilib.

Maliyyə hesabatları tərtib edilərkən “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın bəzi tələbləri gözlənilməyərək maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib.Bəzi hallarda artıq əmək haqqı, mükafat, məzuniyyət və ezamiyyə xərci ödənilib, mülki hüquqi müqavilələrə əsasən ödənilmiş vəsaitdən sosial sığorta haqqı az tutulub, tələbələrin götürdüyü kreditlərə görə alt qruplarda təkrar dinləmənin nəticələri nəzərə alınmadan təqaüd müəyyən edilib.

Həmçinin oxuyun

DİN əmisi gəlinini qaçıran kişinin öldürülməsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Qubada əmisi oğlunun arvadını qaçıran kişinin döyülərək öldürülməsi hadisəsi barədə rəsmi …