Ana səhifə / Aktual / Doğum evinin qabağında qurban kəsən azərbaycanlı üzr istədi – Video

Doğum evinin qabağında qurban kəsən azərbaycanlı üzr istədi – Video

Rusiyanın Surqut şəhərində doğum evinin qarşısında qoyun kəsərək heyvansevərləri qəzəbləndirən azərbaycanlı ata videomüraciət yayıb.

“ Azinforum.az ” ın “URA.ru”ya istinadən verdiyi xəbərə görə, həmin şəxsin Belıy Yar qəsəbə sakini, 30 yaşlı azərbaycanlı olduğu müəyyənləşib. O da məlum olub ki, ailənin 3 uşağı var, yeni doğulan körpə isə qız olub. 

Ata videomüraciətində qoyunun körpəyə görə kəsildiyini, heç kimi incitmək məqsədinin olmadığını bildirib: “Bütün surqutlulardan üzr istəyirəm”.

Qeyd edək ki, həmin şəxsi Rusiya qanunlarına görə 500-dən 1000 rubla qədər cərimə və ya 15 sutka həbs gözləyir.


Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …