Şənbə , Noyabr 17 2018
Ana səhifə / Aktual / Deputatın qardaşı oğlu təqaüdə göndərildi – FOTO

Deputatın qardaşı oğlu təqaüdə göndərildi – FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi təqaüdə göndərilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik Namiq Hüseynov xidmətlə olmanın son yaş həddinə görə təqaüdə çıxıb.
Onun yerinə həmin vəzifəyə polkovnik Vüsal Babayev təyin olunub.
Xəbəri saytımıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, təqaüdə göndərilən Namiq Hüseynov respublikanın keçmiş Hərbi Komissarı, millət vəkili Əliağa Hüseynovun qardaşı oğludur.
VIPedu.BIZ

Həmçinin oxuyun

Oqtay Əsədov Türkiyəyə gedəcək

Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TÜRKPA-nın 8-ci plenar iclasında …