Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Deputatdan növbədənkənar parlament seçkisi xəbərinə şərh: “Bəlkə 6-7 aydan sonra belə bir sifariş yaranacaq?”

Deputatdan növbədənkənar parlament seçkisi xəbərinə şərh: “Bəlkə 6-7 aydan sonra belə bir sifariş yaranacaq?”

“Növbədənkənar parlament seçkisinin olması cəmiyyətin sifarişindən asılıdır, bəlkə 6-7 aydan sonra belə bir sifariş yaranacaq, bunu proqnozlaşdırmaq imkanına sahib deyilik”.
Mia.az bildirir ki, bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa musavat.com-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu kimi xəbərlərə rəsmi məqamların aydınlıq gətirməsi daha doğru olardı: “Hakim partiya rəsmisinin açıqlamasına görə, seçkilər öz vaxtında keçiriləcək və növbədənkənar variantlar barədə düşünülmür. Bu açıqlama, məncə, spekulyasiyalara yetərincə aydınlıq gətirdi”.
F.Mustafanın sözlərinə görə, növbədənkənar prezident seçkiləri ilə müqayisə uğurlu sayılmaz: “Çünki prezident seçkiləri Konstitusiyada referendum yolu ilə dəyişiklərin tələbinə uyğun olaraq irəli tarixə çəkildi. Burada prezidentin səlahiyyət müddətinin uzadılması, birinci-vitse-prezident, vitse-prezidentlər institutunun təsisi, prezidentə əlavə səlahiyyətlərin verilməsi ilə müşayiət olunan məqamlar vardı. Parlamentlə bağlı Konstitusiyada fundamental heç bir dəyişiklik olmadığına görə növbədənkənar seçki üçün zərurət sayılan arqumentləri tapmaq da xeyli çətindir”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …