Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Aktual / Deputat yaradıcılıq sahəsində tütün məmulatlarından istifadə ilə bağlı qadağaya etiraz edib

Deputat yaradıcılıq sahəsində tütün məmulatlarından istifadə ilə bağlı qadağaya etiraz edib

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Teatr və teatr fəaliyyəti haqqında” qanununa dəyişikliyin müzakirəsi zamanı deputat Jalə Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı tətbiq edilən qadağaya etiraz edib.

“Report”un xəbərinə görə, J.Əliyeva çıxışında deyib ki, siqaretə qarşı mübarizə çox yaxşıdır, amma bunu yaradacılıqda tətbiq etmək olmaz: “Bu qadağa olursa, o zaman bədii əsər yazanlara da tətbiq edilsin, qəhrəmanları siqaret çəkərkən təsvir etməsinlər? Bu nə dərəcədə doğrudur?”.

Komitə sədri Rəfael Hüseynov isə deputata cavab olaraq deyib ki, prinsip etibarilə doğrudur, amma burada nümayişdən söhbət gedir, bu, insanların şüuruna daha çox təsir edir: “Kitabı biri oxuyar, biri oxumaz… Yəni, kitab fərdi qaydada istifadə edilən məhsuldur. Televiziya, radio, teatr kütləvi şəkildə informasiya çatdırır. Ona görə belə məhdudiyyətlərin olması vacibdir”.

Xatırladaq ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanuna edilən dəyişiklik “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Həmçinin oxuyun

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir

Sentyabrın 24-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvdövlətlərinin Baş Assambleyasının 58-ci toplantısı özişinə …