Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Daha bir jurnalistə dövlət orqanında vəzifə verildi

Daha bir jurnalistə dövlət orqanında vəzifə verildi

Tanınmış jurnalist  Səfurə Çərkəzqızı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr şektorunun müdiri  təyin edilib.  

Qaynarinfo xəbər verir ki, məlumatı xəbəri nazirliyin İctimaiyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı da təsdiq edib. 
Qeyd edək ki, Səfurə Çərkəzqızı  1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb.  “P.S. Gənclik”, “7 Gün”,  “Rezonans”, “Həftə içi ” qəzetlərində,  “Lider” , ARB televiziyalarında  çalışıb. Nazirlikdəki təyinatdan öncə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi kimi  işləyib.  O,  jurnalistika ilə yanaşı bədii yaradıcılıqla da məşğuldu.  “And olsun atlara!”  və “Sevdalılar ” adlı kitabların müəllifidir.  2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzvüdür.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …