Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Dədə Qorqud siqar çəkir – 5-ci sinif tarix dərsliyində biabırçılıq (FOTO)

Dədə Qorqud siqar çəkir – 5-ci sinif tarix dərsliyində biabırçılıq (FOTO)

5-ci siniflər üçün hazırlanmış Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində Dədə Qorqudun siqar çəkdiyi əks olunan görüntüsü verilib.

 Azinforum.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, tütün məmulatlarının reklamının qadağan olduğu halda orta məktəb dərsliyində belə bir görüntünün verilməsi təəssüf doğurur. Bu, siqaretin, tütün məhsullarının şüuraltı təbliğatının aparılmasıdır. Halbuki məktəblilər arasında bunun əks-təbliğatı aparılmalıdır.

Sözügedən fotonu sizə təqdim edirik. Rəsmdə Dədə Qorqudun iki barmağının arasında siqar tutması və kiçik qızartı açıq-aşkar görünür.
 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …