Bazar , Fevral 24 2019
Ana səhifə / Aktual / Bu yollarda maşın saxlamayın! –“Formula 1”lə bağlı sürücülərə xəbərdarlıq

Bu yollarda maşın saxlamayın! –“Formula 1”lə bağlı sürücülərə xəbərdarlıq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 26 – 28 apreldə Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə sürücülərə xəbərdarlıq edib.
Moderator.az şirkətə istinadən bildirir ki, hazırda yarışın keçiriləcəyi yolların ətrafına baryerlər quraşdırılır: “İndiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur: “Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər. Əməliyyat şirkəti hamını yeni mövsümdə yenidən “İlin ən yaxşı yarışı” adına layiq bir yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və üzləşilən çətinlikləri anlayışla qarşılamağa çağırır”.

Həmçinin oxuyun

Xoşqədəm məhkəməni uddu — Nazilə Səfərli üzr istəyib təzminat ödəyəcək

Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb. Azinforum.az …