Şənbə , Fevral 23 2019
Ana səhifə / Aktual / Bu şəxslərə vəzifə verənlər məsuliyyət daşıyacaq – Nazir qaydaları təsdiqlədi

Bu şəxslərə vəzifə verənlər məsuliyyət daşıyacaq – Nazir qaydaları təsdiqlədi

Ədliyyə Nazirliyinin Kollegiyası “Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası Qaydaları”nı təsdiqləyib.


Qaydalara əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və ya əlavə cəza kimi tətbiq edilir, dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir.
Cəzanın vaxtında və düzgün icra edilməsinə nəzarət hökmü (qərarı) çıxarmış məhkəmə, Ədliyyə Nazirliyinin Probasiya xidməti və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyi tərəfindən həyata keçirilir.
Qaydalara əsasən məhkumlar məhkəmə hökmünün (qərarının) tələblərini yerinə yetirməlidirlər. Məhkumlar məhkəmənin hökmü (qərarı) ilə müəyyən olunmuş müddət ərzində onlara hökmlə (qərarla) qadağan olunmamış fəaliyyət növləri üzrə işlərdə və ya vəzifələrdə işləyə bilərlər. Məhkumlar yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. Məhkumlar hökmdə (qərarda) görülməsi ona qadağan edilmiş işə girdikdə, yaxud ona qadağan edilmiş fəaliyyətlə məşğul olduqda cəzanı icra edən icra məmuru:
– işəgötürənə məlumat verərək, məhkumun hökmlə (qərarla) qadağan edilmiş fəaliyyətinə xitam verilməsi üçün üç gün müddətində tədbir görülməsini təklif edir və onu hökmün (qərarın) icra edilməməsinin məsuliyyətə səbəb olması barədə xəbərdar edir;
– məhkuma məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir. Rəsmi xəbərdarlıq məhkumun şəxsi işinə əlavə edilir.
Məhkumlar cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, icra məmuru Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkumun cəzasının digər cəza növü ilə əvəz edilməsi barədə məhkəməyə təqdimat verir.

Həmçinin oxuyun

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək Istəyir: “Bəlkə də bu, sonuncu müraciətimdir” – VİDEO

Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb.Orman.az xəbər verir ki, son 2 ildir Türkiyə …