Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Bu, böyük bir biabırçılıqdır” – Fazil Mustafa

“Bu, böyük bir biabırçılıqdır” – Fazil Mustafa

“Səməd Seyidovun AŞPA-dakı nümayəndə heyətinin rəhbərliyindən gedib getməməsi məsələsi  Mili Məclisdə müzakirə olunmayacaq. Hər halda  partiyanın və Mili Məclis rəhbərliyinin qərarı burada əsas rol oynayacaq”. 

Bunu “Qafqazinfo”ya açıqlamasında AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa deyib. O bildirib ki, sanskiya məsələsində Səməd Seyidovun zərərsizləşdirilməsi üçün  hər cür vasitəyə əl atıblar: “Məsələyə olduqca qərəzli yanaşıblar. Bəlkə də ləyaqətsiz bir formada qərar qəbul ediblər. Çünki heç bir parametrdə bunu sübut edəcək arqumentləri yoxdur. Azərbaycan nümayəndə heyətini  zəiflətmək üçün bunu ediblər.

Səməd Seyidovun AŞPA-da nüfuzu çox böyükdür.  Avropa Şurasında, həm də rəhbərlikdə təmsil olunur. Rəhbərlikdə təmsilçilikdən bizi məhrum etmək üçün də bu addımı atıblar.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …