Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Aktual / BDU-nun kafedra müdirindən ciddi səhv – Video

BDU-nun kafedra müdirindən ciddi səhv – Video

Bakı Dövlət Universitetinin kafedra müdirinin böyük bir konfransdakı çıxışı tənqidlərə səbəb olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, professor Məhəbbət Dəmirçiyeva Rusiyada, Anapa kurortunda mediasiya üzrə konfransda çıxış edib. O, mediasiyadan, yəni istehlakçı hüquqlarının məhkəməyəqədər qorunmasından danışmaq əvəzində tamamilə uzaq mövzulardan söhbət açıb. Çıxışının əvvəlində bir neçə dəqiqə özü haqda məlumat verib. Daha sonra qısa olaraq Azərbaycanda mediasiya instututunun olmadığını bildirib.

M.Dəmirçiyeva çıxışının davamında boşanmalardan, ailə-uşaq münasibətlərindən, əcnəbi vətəndaşların Azərbaycan internatlarından uşaq himayəyə götürməsindən, yaşlı insanların qocalar evlərinə verilməsindən danışıb.

Vəkil Əkrəm Həsənov qeyd edib ki, M.Dəmirçiyeva konfransdakı çıxışında namizədlik və doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə etdiyini desə də, universitetin saytında onun Tbilisidə müdafiə etdiyi qeyd edilib: “Belə əsaslandırmağa çalışır ki, Azərbaycanda mediasiya məlum deyil. Heç olmasa prezidentin 2016-cı ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə baxardı, axı orada mediasiyanın inkişaf tədbirləri nəzərdə tutulub.

Özü də rusca çox pis danışır. Əlbəttə, dili bilməmək qəbahət deyil. Lakin o boyda universitetdə dili bilən tapılmadı ki, bunu göndəriblər? İndi konfrans kurort şəhərində keçirilir deyə mütləq kafedra müdiri getməli idi?”

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Jurnalist mərhum Heydər Əliyevi belə andı

Tarixdə görkəmli siyasət,tarixi şəxsiyyət və dövlət adamları çox olmuşdur.Belə adamlar öz əməlləri ilə yadda qalmış …