Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Başçı təhsil şöbəsinin müdirini işdən çıxardı

Başçı təhsil şöbəsinin müdirini işdən çıxardı

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova tutduğu vəzifədə azad edilib.

Axar.az xəbər verir ki, Beyləqan rayonuna bu ilin oktyabr ayında təyin edilən yeni icra başçısı Asif Ağayev bununla bağlı əmr imzalayıb. Məlumata görə, Xuraman Rüstəmovanın Təhsil Şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırılmasına səbəb rayonda təhsilin keyfiyyətinin və davamiyyətin zəif olmasıdır.

2018-cı ilin dekabr ayında Rayon İcra Hakimiyyətinin başçısının 335 nömrəli sərəncamı ilə Tahir Məmməd oğlu Həsənov Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirən T.Həsənov 1978-1987-ci illərdə Füzuli rayonunun Bala Bəhmənli və Aybasanlı kənd orta məktəblərində müəllim, 1987-1996-cı illərdə Füzuli rayon Təhsil Şöbəsində metodist işləyib, 1996-2012- ci illərdə Füzuli rayonu 55 nömrəli tam orta məktəbinin direktoru olub. Bu təyinatına qədər ATİAHİ Beyləqan rayon komitəsinin sədri vəzifəsində işləyib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 11-ci maddəsinə əsasən, yerli təhsili idarəetmə orqanının rəhbərinin vəzifəyə təyin edilməsi Təhsil Nazirliyi ilə razılaşdırılmaqla icra hakimiyyətinin başçısı tərəfindən həyata keçirilir.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …