Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Baş nazir də qalmaqallı qərarı ləğv etdi

Baş nazir də qalmaqallı qərarı ləğv etdi

Baş nazir Novruz Məmmədov da fevralın 5-də imzaladığı və sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilən “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli Qərarının 5-ci hissəsinin ləğvi haqqında qərarı imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən qərarın “1-8” rəqəmləri “1-4, 6-8” rəqəmləri ilə əvəz edilib və 5 saylı əlavəsi ləğv olunub. Bundan əlavə, Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarının 1.2-ci bəndində “1-7” rəqəmləri “1-4, 6, 7” rəqəmləri ilə əvəz edilib və 5 nömrəli əlavəsi də ləğv olunub.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev meşədən meyvələrin və bitkilərin yığılmasına tətbiq edilən ödənişlərin ləğv edilməsi ilə bağlı göstəriş vermişdi. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …