Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Aktual / Bakıda qadının uşaqlıq yolundan bu həşarat çıxdı – Foto

Bakıda qadının uşaqlıq yolundan bu həşarat çıxdı – Foto

Azərbaycanda həkim müayinə zamanı qəribə hadisə ilə üzləşib. “Qafqazinfo” xəbər verir ki, Avrasiya Hospitalında işləyən Ginekoloq-cərrah Naza Qurbanova pasiyenti 46 yaşlı qadının uşaqlıq yolunda həşərat aşkarlayıb.

Dərhal lazımi tədbirlər görülüb və həşərat uşaqlıq yolundan çıxarılıb. Həkimin sözlərinə görə, müayinəyə kimi xəstə özündə heç bir narahatlıq hiss etməyib:

“Xəstənin heç bir problemi yox idi, sadəcə olaraq profilaktik tədbir üçün müayinəyə gəlmişdi. Ancaq müayinə zamanı məlum oldu ki, xanımın uşaqlıq yolunda həşərat var. Həşərat çıxarıldı və o, evə yola salındı. Hazırda vəziyyəti yaxşıdır. Bu kimi halla ilk dəfədir rastlaşırıq. Həmin həşəratın uşaqlıq yoluna necə daxil olduğunu nə xanım bilir, nə də ki biz”.

 

Həmçinin oxuyun

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir

Sentyabrın 24-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvdövlətlərinin Baş Assambleyasının 58-ci toplantısı özişinə …