Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Bakıda möhtəşəm göydələn tikiləcək – FOTOLAR

Bakıda möhtəşəm göydələn tikiləcək – FOTOLAR

Azərbaycanın “Azinko Holding” şirkəti Bakıda Heydər Əliyev prospektində 50 mərtəbəli yeni göydələn tikməyə hazırlaşır.

Bu şirkətin bu prospektdə tikdiyi 2-ci 50 mərtəbəli bina olacaq.

Holdinqin direktor müavini Ağalar Allahyarov  bildirib ki, binanın tikintisinə 2018-ci ildə başlamaq və 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.”Bina iş mərkəzi, mənzillər və ticarət mərkəzini özündə birləşdirəcəkdir” – o deyib.

50 mərtəbəli bina 206 metr hündürlüyündə olacaqdır. Qeyd edək ki, hazırda şirkətin tikintisini apardığı binanın hündürlüyü 227 metrdir. Qüllədə yerləşəcək alış-veriş mərkəzinin sahəsi 20 min kvadrat metr olacaqdır.

Həmçinin avtomobil dayanacağının sahəsi 20 min kv.m, ofislərin və rezidenslərin sahəsi isə 49 min kv.m təşkil edəcəkdir. Holdinqin direktor müavini qeyd etdi ki, layihənin dəyəri təxminən 180-200 milyon manat civarındadır.

Hazırda Heydər Əliyev pr-də layihə üçün təklif edilən yerlərə baxılır.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …