Ana səhifə / Aktual / Bakıda binadan nəcis dolu torba atdılar – “Chevrolet” yararsız hala düşdü (VİDEO)

Bakıda binadan nəcis dolu torba atdılar – “Chevrolet” yararsız hala düşdü (VİDEO)

Bakıda şəhər sakininin avtomobili hündürmərtəbəli binadan atılan tullantıların zərbəsindən yararsız hala düşüb.

Azinforum.az  a24.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 31c ünvanındakı binanın həyətində baş verib. Belə ki, avtomobilini binanın həyətində saxlayan sürücü bir neçə saat sonra  gözlənilməz hadisə ilə qarşılaşıb. Binadan naməlum sakinlər tərəfindən içi tullantılarla dolu sellofan torbalar 99 PR 086 dövlət qeydiyyat nişanlı, “Chevrolet” markalı minik avtomobilin üzərinə atılıb. Nəticədə maşının arxa şüşəsini sınaraq yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə baş verən zaman ərazidə heç kim olmayıb. Avtomobilinin şüşəsinin sındığını görən sürücü sellofan torbaya baxış keçirərək onun içərisində quru heyvan nəcisinin olduğunu görüb. Sürücü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …