Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakı metrosunda həyəcan: qatarlar boşaldıldı

Bakı metrosunda həyəcan: qatarlar boşaldıldı

Bu gün səhər saat 08:30 radələrində “Dərnəgül” istiqamətində gedən qatar dayandırılıb və içərisindəki sərnişinlər boşaldılıb.

Bakı Metropoliteni QSC-nin metbuat xidmətinin rəhbəti Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, “Dərnəgül” istiqamətində hərəkət edən qatarın idarəetməsində müəyyən problem yaranıb. Onun sözlərinə görə, “Azadlıq” stansiyasına qədər qatarlar avtomatik idarəetmə ilə tənzimlənir və bu stansiyaya qədər qatarların intervalında heç bir problem yoxdur:

“Yalnız “Dərnəgül” stansiyasında problem olur. Bu stansiyada dispetçerlər əl ilə idarəetməyə keçiriblər. Bu baxımdan ola bilər ki, yubanma olsun. Problemin aradan qaldırılması üçün işlər görülür. Yaranan problem aradan qaldırılana qədər ola bilər ki, sərnişinlər “Azadlıq” stansiyasında qatardan boşaldılsın”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …