Çərşənbə , Oktyabr 17 2018
Ana səhifə / Aktual / Bakı aeroportunda sərhəddən keçməklə bağlı problem yaranıb (FOTO)

Bakı aeroportunda sərhəddən keçməklə bağlı problem yaranıb (FOTO)

Təxminən, 40 dəqiqədir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.
Sərnişlərin “Report”a verdiyi məlumata görə, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər.
Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin mətbuata mərkəzindən “Report”a bildirilib ki, hava limanının rabitə qovşağında aparılan profilaktik işlərlə əlaqədar vətəndaşların qeydiyyatı sisteminin fəaliyyətində 20 dəqiqəlik fasilə yaranıb. Artıq sistemin fəaliyyəti bərpa olunub.

Həmçinin oxuyun

Mətbuat konfransında prezidentə sensasiyalı müraciət

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “AR&KO” MMC ilə “Badu Kubə” şirkəti arasında uzun illərdən bəri …