Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Bakcell” kiçik və orta biznesin bu sərgidə iştirakını dəstəkləyir

“Bakcell” kiçik və orta biznesin bu sərgidə iştirakını dəstəkləyir

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti bu günlərdə keçirilən “Bakutel-2018” sərgisindəki stendində innovasiya və texnologiyaları nümayiş etdirməklə yanaşı startapları, kiçik və orta biznesi təmsil edən şirkətlərin tədbirdə iştirakını təşkil edib.

Azinforum.az xəbər verir ki, “KOB Dəstək” proqramı çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə təşkil olunmuş stenddə “Bakcell”in dəstək göstərdiyi “hesab.az”, “iticket”, “e-mobile” və bir neçə digər şirkətin göstərdiyi xidmətlər nümayiş olunub.

Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan “Hesab.az” “Bakcell”in uzunmüddətli biznes tərədaşlarından biridir. Öz sahələrində ən innovativ xidmətlərlə seçilən “iticket” və “e-mobile” isə “Bakcell”ə marketinq və reklam xidmətləri göstərən şirkətlərdir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell müxtəlif sosial yönümlü və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verir. Gələcəkdə bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlığın genişləndiirlməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …