Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Aktual / Bəzi məktəblərdə rus bölməsi ilə bağlı problemlər var – RƏSMİ

Bəzi məktəblərdə rus bölməsi ilə bağlı problemlər var – RƏSMİ

Bəzi məktəblərdə rus bölməsi fəaliyyət göstərməyib.
Bunu təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında bildirib.
Onun sözlərinə görə, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə prioritetlər əsasında iş aparılır:
“Şagird sıxlığının qarşısını almaq üçün bu gün paytaxtdakı məktəblərin 85 faizində ərazi prinsipi tətbiq edilmir. Bu tədris ilində dövlət hesabına məktəbəqədər hazırlıq qruplarına qəbul olunacaq uşaqlar beş yaşlıların 75 faizini təşkil edir”.
Nazir müavini bildirib ki, bəzi məktəblərdə yuxarı siniflərdə şagird azlığı problemini var:
“Bu problemin həlli üçün addımlar atılıb. Araşdırmalarımız zamanı müşahidə etdik ki, bir sıra  məktəblərdə rus bölmələrində bəzi siniflər fəaliyyət göstərmir, bəzi siniflərdə şagirdlərin sayı azlıq təşkil edir. Bəzi məktəblərdə sinif sayı davamlı olmur.
Şagird sayı az olmaqla yanaşı, həmin siniflər üzrə qəbul göstəriciləri də aşağı olub. Bu cür problemi həll etmək üçün son üç ildə IX sinif şagirdlərinin yaxınlıqdakı məktəblərə köçürülməsi layihəsi həyata keçirilir”.

Həmçinin oxuyun

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir

Sentyabrın 24-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvdövlətlərinin Baş Assambleyasının 58-ci toplantısı özişinə …