Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Azercell”dən şikayət var – İnternet rəzaləti

“Azercell”dən şikayət var – İnternet rəzaləti

Bakı şəhərinin bəzi ərazilərində “Azercell” şirkətinin göstərdiyi internet xidmətlərində yaranan problemlər hələ də davam edir. Problemlə bağlı şikayətlərin əksəriyyəti Xətai rayonundandır.

Abunəçilərin “Report”a bildirdiyinə görə, hələ noyabr ayında problemlə bağlı şirkətə müraciət olunsa da, problem həllini tapmayıb.

Abunəçilər bildirirlər ki, 3G və 4G paketləri aktiv olunduğu halda faktiki internet sürəti xeyli aşağıdır: “3G və 4G sürətli paketlər ümumiyyətlə açılmır, həmin trafikə görə pul ödənilsə də “EDGE” şəbəkəsində xidmət olunur”.

Şirkət məsələ ilə bağlı “Report”un sorğusuna hələ cavab verməyib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …