Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Azərbaycanlı oliqarxın dolaşıq biznesinə dair sübutlar

Azərbaycanlı oliqarxın dolaşıq biznesinə dair sübutlar

Türkiyədə yaşayan azərbaycanlı oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimov onun prezident Ərdoğanın ailə üzvləri ilə ortaq gəmi biznesinə dair xəbərlər yayan “Deniz Haber” portalını yalançılıqda ittiham edəndən sonra sayt onun şübhəli biznesinə dair dəlilləri yayıb.

Virtualaz.org saytı xəbər verir ki, “Deniz Haber” portalı Mənsimovun “Hürriyət” qəzetində yer almış müsahibəsinə cavab olaraq yeni inşa edilən və 18 milyon dollara başa gələn  “M/T Shovket Alekperova” adlı neft tankerinin Ərdoğanın oğlu Bilal Ərdoğan, yeznəsi Ziya İlgen və qardaşı Mustafa Ərdoğanın ortaq şirkəti “BMZ Group Denizçilik LTD”yə verilməsinə dair beynəlxalq dənizçilik reyestrində yer alan məlumatları təqdim edib.

Beynəlxalq dənizçilik reyestrində fevral ayında dair ikinci əl gəmi alqı-satqı əməliyyatlarına dair qeydə alınmış müqavilələrə əsasən Kiprdə qeydiyyatdan keçmiş “BMZ Group Denizçilik LTD” offşor şirkəti “M/T Shovket Alekperova” tankerini 18 milyon dollara alıb. Gəmi Türkiyənin Yardımçı Tərsanəsində inşa edilib.

Xatırladaq ki, M.Qurbanov “Hürriyet”ə iki gün əvvəl verdiyi müsahibədə ad çəkmədən “Deniz Haber” portalını “Palmali” şirkətlər qrupu haqda böhtanlar yazmaqda ittiham edib. Oliqarx bildirib ki, nə “Şövkət Ələkbərova” tankeri, nə “Palmali”nin digər gəmilərinin satılmasından söhbət gedə bilməz.

“Biz özümüzə rəqib yaratmamaq üçün istismardan çıxarılmış gəmilərimizi də satmırıq, utlizasiyaya veririk”- M.Qurbanov deyib.

Oliqarx onun barəsində xəbərlər yayan portalı məhkəməyə verməklə də hədələyib.

Sayt isə yazır ki, M.Qurbanov “Albaraka Türk Bankası”ından (Türkiyənin hakim ailəsinə yaxındır) aldığı 180 milyon dollarlıq kredit hesabına Yardımçı Tərsanəsində “Armada” tipli 10 tankerin inşasına dair razılaşmanı 2013-cü ildə keçirdiyi mətbuat konfransında özü açıqlayıb.

Bu anlaşmaya əsasən “Palmali”nin aldığı kredit hesabına inşa edilən tankerlər hərəsi 18 milyon dollara olmaqla “BMZ Group”a satılır, daha sonra “Palmali” həmin gəmiləri şirkətdən “Time Charter” prinsipi ilə 10 illiyinə icarəyə götürür.

O vaxt mətbuat oliqarxın bu dolaşıq biznesi haqda yazandan sonra tərəflər razılaşmanın şərtlərinə yenidən baxıblar: “BMZ Group” Yarıdmçı Tərsanəsində inşa edilən 10 gəminin 5-ni almaqdan imtina edib.

Sayt yazır ki, M.Qurbanov Maltada qeydiyyatdan keçmiş, ancaq “Palmali Group”un tərkibinə daxil olunan, reyestr nömrəsi 5847666 olan “OİL TRANSPORTATION & SHIPPING” şirkətinin adına qeydiyyatda olan, Yardımçı Tərsanəsində inşa edilən “Məcid Aslanov” tankerinin kimə aid olduğunu, bu gəmiyə aid ortaqlığın detalları haqda danışmaq istəməyib. Hansı ki, həmin gəminin də “BMZ Group”a verildiyinə dair sübutlar var.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın