Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycanlı hərbçiylə bağlı məsələ böyüyür: Gürcü ombudsman işə qarışdı

Azərbaycanlı hərbçiylə bağlı məsələ böyüyür: Gürcü ombudsman işə qarışdı

Xəbər verildiyi kimi, Gürcüstanın Krtsanisi təlim mərkəzində baş vermiş insident nəticəsində 20 yaşlı azərbaycanlı çağırışçı Elcan Əfəndiyev klinikaya yerləşdirilib.

Qafqazinfo Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisəni Gürcüstanın ombudsman aparatı nəzarətə götürüb. Bu barədə ombudsman Nino Lomcariya jurnalistlərə açıqlamasında özü bildirib. 
“Krtsanisi təlim mərkəzində yeni çağırışçılar arasında mübahisə olub. Emosional fonda yaranmış mübahisə zamanı əsgərlərdən birinin səhhəti pisləşib və klinikaya yerləşdirilib. Onun hər hansı fiziki zədəsi yoxdur”, – deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir. 
Əfəndiyev özü və valideynləri isə bunun əksini söyləyir. Elcanın atası Elbrus Əfəndiyev “Rustavi 2” kanalına müsahibəsində oğlunun bir neçə şəxs tərəfindən döyüldüyünü deyib:
“Oğlum təxminən 3 gündür Krtsanisi təlim mərkəzində xidmət edirdi. Davadan sonra o özü mənimlə əlaqə saxlayıb dedi ki, onu xəstəxanaya aparırlar. Oğlum bildirdi ki, onu başqa otağa aparıblar və bir neçə şəxs tərəfindən döyülüb. O, başından travma alıb”. 
İnsident, həmçinin, Gürcüstanın Müdafiə Nazirliyinin hərbi polisinin nəzarətinə götürülüb. Nino Lomcariya hadisə ilə bağlı zərərçəkənlərə baş çəkməyə hazır olduqlarını qeyd edib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …