Ana səhifə / Aktual / Azərbaycanda süpürgəçiləri əvəz edən yeni maşınlar alınıb

Azərbaycanda süpürgəçiləri əvəz edən yeni maşınlar alınıb

10 ədəd yeni qartəmizləyən və 10 ədəd qar kürəyən texnika alınıb.

Qaynarinfo xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin(AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. O qeyd edib ki, avtobazada olan texnika 55-ə çatdırılıb:

“Daha 10 ədəd qartəmizləyən texnikanın alınması nəzərdə tutulub”.

A.Nəcəfli eyni zamanda qeyd edib ki, küçələrdə təmizlik zamanı baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün 20 ədəd texnika magistral yolları, 12 ədəd texnika qəsəbə yollarını süpürmək üçün alınıb:

“Gələcəkdə bu texnikaların sayının artırılması və əl əməyinin minimuma endirilməsi nəzərdə tutulub”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …