Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycanda güclü təkanlar gözlənilir? – AÇIQLAMA

Azərbaycanda güclü təkanlar gözlənilir? – AÇIQLAMA

Episentri Zaqatalada olan zəlzələdən sonra ərazidə 90-a yaxın avterşok qeydə alınıb.
Azinforum.az xəbər verir ki, bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, ərazidə dünən baş verən zəlzələ kimi güclü təkanlar gözlənilmir: “Ola bilər ki, əhalinin hiss edəcəyi xırda təkanlar qeydə alınsın”.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22.40-da Zaqatala stansiyasından 16 km cənubda – Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Zəlzələnin davam etmə müddəti 28 saniyə olub. Zəlzələ nəticəsində bəzi evlərə ziyan dəyib. 31 nəfər xəstəxanalara müraciət edib.
Zaqatala rayonunda bir nəfər insult keçirərək ölüb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …