Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / Azərbaycanda görünməmiş OLAY: Polis generalı öz oğlunu həbs ETDİRDİ

Azərbaycanda görünməmiş OLAY: Polis generalı öz oğlunu həbs ETDİRDİ

Qədim Romadan gəlmə məşhur bir deyim var: “Ən qısa əmr – şəxsi nümunədir”… Bu ifadə Roma komandanlarını öz döyüşçülərini mübarizəyə ruhlandırmaq məqsədiylə ortaya çıxsa da, sonradan bütün əsrlər boyu təkcə savaşlarda deyil, həm də insan tərbiyəsində və idarəetmədə ən vacib şərtə, “qızıl qayda”ya çevrildi…

Son vaxtlar Azərbaycanda çox geniş yayılan və ölkənin nüfuzuna ciddi xələl gətirən bir sıra hallara, o cümlədən məmur özbaşınalığına qarşı mübarizənin təşkilində də ağıllı adamlar Romadan üzü bəri gələn bu “qızıl qayda”nın tətbiqinin çox vacib olduğunu söyləyirdilər. Elə ölkə Prezidenti cənab İlham Əliyev də dəfələrlə və ardıcıl olaraq çıxışında vurğulayır ki, rəhbər işçi, dövlət məmuru keçirdiyi həyat tərzində və xalqa xidmətdə nümunə olmalıdır… Çünki vəzifəli şəxsin nəinki özünün, hətta yaxın-uzaq qohumlarının belə, davranışları daim cəmiyyətin diqqətində, nişangahında olur…

Bu baxımdan, dünən Bakıda baş verən bir hadisəni bundan sonra nəinki bütün vəzifəli şəxslərə örnək olacaq, həm də uzun müddət Azərbaycan polis sitemində dillərdə dastana çevriləcək bir davranış nümunəsi saymaq olar.

Belə ki, Strateq.az-ın əldə etdiyi məlumata görə, aprelin 10-da Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis generel-mayoru Şərif Əsədullayev öz oğlu Tamerlan Əsədullayevi həbs etdirərək istintaq orqanlarına təhvil verib. Hadisə barədə ilkin olaraq bizə o məlumdur ki, general Şərif Əsədullayev oğlu Tamerlan Əsədullayevin Bakıdakı restoranlardan birində dava saldığını, bir nəfəri döydüyünü və sonra da qaçıb gizləndiyini eşidib. Dərhal oğlunu tapdıran və sonra da, necə lazımdırsa, tənbeh edən Əsədullayev bu özbaşınalığa göz yummayaraq, oğlunu öz əlləri ilə gətirib polisə təhvil verib və israrla da həbs olunmasını istəyib! Bizə çatan məlumata görə, artıq məhkəmə qərarı ilə Tamerlan Əsədullayevin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib…

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın