Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

Azərbaycanda son bir ildə 41 saxta din xadimi aşkarlanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, 2017-2018-ci ilin may ayınadək komitənin Mərkəzi aparatı və bölgə əməkdaşları tərəfindən Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə həmin şəxslər barəsində protokol tərtib edilərək müvafiq qərar çıxarılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Tərtib edilmiş protokollardan 35-i əsasında məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb olunmaları barədə qərar çıxarılıb (1 protokol barəsində isə şifahi xəbərdarlıq olunub), 6-sına xitam verilib, həmin protokollar nəticəsində ayrı-ayrı şəxslərə ümumilikdə 52 950 manat cərimə tətbiq edilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …