Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycana bu dəfə qapıçı robot GƏTİRİLƏCƏK

Azərbaycana bu dəfə qapıçı robot GƏTİRİLƏCƏK

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan “Robokiper” ölkəmizə gətiriləcək.

Unikal.org xəbər verir ki, “Robokiper” cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel -2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında təqdim olunacaq.

Alman alimlərinin ixtirası olan “Robokiper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.

Dünyada cəmi 10 nüsxədə mövcud olan “Robokiper” dünyanın hər yerində böyük maraqla qarşılanır.

“Bakutel 2018” iştirakçıları “Robokiper”-ə qol zərbəsi vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə “Azercell” şirkəti tərəfindən 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr, “Aloff” firması tərəfindən isə futbol topu təqdim ediləcək.

“Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının isə heç bir fərqi yoxdur. Qeyd edək ki, “Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrəAzərbaycan milli komandasının vəQarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Robokiper”-in qapısına qol vurmağa çalışacaq.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …