Ana səhifə / Aktual / Azərbaycan səfiri Pakistan televiziyasına çıxdı – Ermənistanı ifşa etdi

Azərbaycan səfiri Pakistan televiziyasına çıxdı – Ermənistanı ifşa etdi

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın baxımlı televiziya kanallarından biri olan Kay2TV –nin Biznes-Raund proqramının qonağı olub.

Proqramda daha çox Azərbaycan və Pakistanın iqtisadi-ticari əlaqələrinin inkişafı perspektivlərinə yer verilib. Azərbaycanın Pakistanla bu sahədə də əməkdaşlığının artırılmasında maraqlı olduğunu, cari ildə iki ölkə arasında bir çox birgə layihələrin, sərgi, biznes forum və görüşlərin, qarşılıqlı səfərlərin baş tutduğunu, cari ildə ticarət dövriyyəsində artımın müşahidə olunduğunu və bu sahədə potensial və imkanların daha dərindən araşdırılması gərəkdiyini bildirilib.

Səfir həmçinin, Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye və texnoloji parkların, iqtisadi zonaların fəaliyyətləri haqqında məlumat verib, Azərbaycanla Pakistan arasında olan  strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticari, hərbi-texni, enerji, turizm və digər sahələrdə də əməkdaşlığa öz tövhəsini verdiyini, 2017-ci ildə iqtisadi-ticari və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün iki birgə işçi qruplarının yaradıldığını, viza rejiminin Pakistan vətəndaşları üçün sadələşdirildiyini və qarşılıqlı investisiya üçün imkanların artdığını qeyd edib.

Aparıcının sualına cavab olaraq Heydər Əliyev Fondunun fəaliyyəti, Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələr haqqında məlumat verən Əli Əlizadə bu layihələrin cari il ərzində də davam etdirildiyini vurğulayıb.

 

Səfir Əli Əlizadə həmçinin, Azərbaycan-Pakistan siyasi münasibətlərinin daim inkişafı, hər iki ölkənin bir birinə göstərdiyi dəstək, təhsil sahəsində həyata keçirilən işlər, Azərbaycanın turizm potensialı, mədəniyyəti, terrorla mübarizə sahəsində Pakistanla həyata keçirilən işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları haqqında da tamaşaçıları məlumatlandırıb.(modern.az)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …