Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Azərbaycan Abdullayla Xədicəni gətirmək üçün işə başladı

Azərbaycan Abdullayla Xədicəni gətirmək üçün işə başladı

Valideynləri “İŞİD”ə qatılan uşaqların Azərbaycana gətirilməsi üçün işlərə başlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq bir sıra dövlət qurumları 2 yaşlı Xədicə və qardaşı 3 yaşlı Abdullanın Bağdaddakı sığınacaqdan Bakıya gətirmək üçün danışıqlar aparır.
Qeyd edilir ki, uşaqların qohumları hələ ki, tapılmayıb. Bu istiqamətində işlər gedir, araşdırma aparılır. Yaxın günlərdə səlahiyyətli qurumlar bu barədə rəsmi açıqlama verəcəklər.
Xatırladaq ki, adıçəkilən körpələr İraqın Təl-Afər şəhərindən xilas edilərək Bağdada gətiriliblər. Rusiya Televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər.
Azyaşlı Abdulla jurnalistin sualına cavab olaraq atası və anasının Mosulda öldüyünü deyib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın