Cümə , Yanvar 18 2019
Ana səhifə / Aktual / “Azərsu” dan Keşlə sakinlərinə bayram “hədiyyəsi” – Qəsəbədə iki gündür su yoxdur…

“Azərsu” dan Keşlə sakinlərinə bayram “hədiyyəsi” – Qəsəbədə iki gündür su yoxdur…

Dekabrın 30-u axşam  saatlarından başlayaraq, Bakının Nizami rayonu Keşlə qəsəbəsinə “Azərsu” tərəfindən içməli suyun verilişi dayandırılıb. Qəsəbə sakinlərinin  Azinforum.az-a verdiyi məlumata görə, onlar “Azərsu”nun bu bayram “sürpizinin” səbəbini aydınlaşdıra bilmirlər: ” Nizami rayon su idarəsinin heç bir telefonu cavab vermir. İdarəyə gedən sakinlərə bildiriblər ki, suyun verilişi tez bir zamanda bərpa olunacaq, amma görünür belə fikirləri yoxdur. Bayram günündə qurumun belə məsuliyyətsizliyi bizi dərindən narahat edib”
“Azərsu” ASC-nin Nizami Rayon Sukanal İdarəsinin rəisi İntiqam müəllim “Azinforum.az”-a açıqlamasında bildirdi ki,  qəsəbənin Nizami Abdullayev küçəsindəki “Məhəllə” marketin yaxınlığında qəza baş verib: “Sakinlərdən biri evini su borusunun üstündə tikib. Həmin evin altındakı  200-lük borudan su axır. Qəzanın aradan qaldırılması üçün iki briqadamız orada çalışır. Yaxın saatlarda qəzanın fəsadları aradan qaldırılacaq və qəsəbənin su təchizatı normasına düşəcək”

Qəmbər Kürdəmir,

Azinforum.az

VIPedu.BIZ

Həmçinin oxuyun

Mehriban Əliyeva fəxri medalla TƏLTİF EDİLDİ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi …